Menyu

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Əsəd Abbaslı
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
1 dəq oxu

İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail hakimiyyətinin törətdiyi cinayətlər cavabsız qalmayacaq.

Bu barədə "Operativ Media" "Al Mayadeen” telekanalına istinadən xəbər verir.

“İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara riayət etmədiyini bir daha nümayiş etdirdi. Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələrinin Tehranda HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin qətlinə İranın cavab vermədiyi təqdirdə atəşkəs razılaşmasının əldə olunacağına dair vədlərinin yalan olduğu üzə çıxıb.

Əlaqəli Xəbərlər