15 Yanvar 2023, 23:30
Rusiyanın xüsusi nümayəndəsi Əfqanıstanın XİN rəhbəri ilə görüşüb

Rusiya Prezident Aparatının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstana səfəri zamanı xarici işlər naziri ilə ölkədə vəziyyətin sabitləşdirilməsi problemləri, terrorizm və narkotik təhlükəsi ilə mübarizə, Əfqanıstanla ticarət-iqtisadi əlaqələrin inkişafı və yeni ikitərəfli təmasların qrafikini müzakirə edib.
"Operativ Media"nın xəbərinə görə, bu barədə Rusiya səfirliyi məlumat yayıb.
Əfqanıstanın xarici işlər naziri qeyd edib ki, ölkə rəhbərliyi inklüziv hökumətin yaradılması üzərində işləyir.