Türkiyə Prezidenti: "İsveç Türkiyənin tələbini yerinə yetirməyib"
Nərmin Qocamanlı
Türkiyə Parlamentinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesini təsdiq etmək üçün Ankara Stokholmdan 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Muğlada gənclərlə görüşü zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyənin bu tələbini İsveç yerinə yetirməyib.
O qeyd edib ki, İsveç küçələrində PKK tərəfdarlarının nümayişləri davam edir və Türkiyə bununla bağlı xəbərdarlıq edib:
“Amma təəssüf ki, bu PKK/PYD-nin nümayişlərinin dayandırılmasından söhbət belə getmirdi”.