İranın 1-ci vitse-prezidenti: "Moskva ilə əməkdaşlıq İranın xarici siyasətinin prioritetlərindən biridir"
Nərmin Qocamanlı
İran ciddi şəkildə Rusiya ilə münasibətləri gücləndirmək və mübahisəli məsələləri bir-biri ilə əməkdaşlıqda həll etmək niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın baş naziri Mixail Mişustinlə danışıqları zamanı deyib.
"Münasibətlərimizin bütün səviyyələrdə inkişaf etdiyi yaxşı tempdən çox məmnunam", - deyə vitse-prezident bildirib.
O, Rusiya Federasiyası ilə əməkdaşlığın İranın xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma