http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

01 Oktyabr 2024 , 13:21
Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Albaniya Respublikasının Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Albaniya Respublikası ilə ölkəmiz arasında daima dostluq münasibətlərinin olduğunu bildirən Baş prokuror Kamran Əliyev, iki ölkə arasında bir çox sahələr üzrə güclü əlaqələrin olduğunu, bu münasibətlərin bu ilin mart ayında ölkəmizdə rəsmi səfərdə olmuş Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında keçirilmiş görüş zamanı daha da möhkəmləndiyini vurğulayıb.

Kamran Əliyev prokurorluq orqanlarında həyata keçirilən islahatlar, Elektron Prokuror İnformasiya Sisteminin (EPİS) hazırlanması və tətbiqi barədə qonaqlara ətraflı məlumat verərək Azərbaycan Prokurorluq orqanlarının beynəlxalq və regional təşkilatlar, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığından danışıb.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsinin tarixi önəmi barədə məlumat verən Kamran Əliyev belə beynəlxalq tədbirlərin ölkələrarası münasibətlərin inkişafına böyük töhfə verəcəyinə inandığını qeyd edib.

Albaniya Respublikasının Baş prokuroru səmimi qəbula və dəvətə görə təşəkkür edərək ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib, həmçinin, 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edərək, ölkələrimizin prokurorluq orqanları ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Daha sonra iki ölkənin prokurorluq orqanları arasında transmilli cinayətlərə qarşı mübarizədə, o cümlədən aktivlərin bərpa edilməsi məsələlərində birgə səylərin səmərəliliyini artırmaq, habelə insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə mövcud əməkdaşlığı gücləndirmək niyyətilə Memorandum imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 15:29

    Polşa Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarını təxliyə edir
  • 15:27

    "HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir
  • 15:20

    Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb
  • 15:15

    Dünyanın ən yaxşı on mərkəz yarımmüdafiəçisi açıqlanıb
  • 15:07

    Qəzzada son sutkada 23 nəfər həlak olub
  • 15:03

    Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  • 14:49

    "Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə
  • 14:46

    Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək
Menyu