Menyu

Azərbaycanda ot bağlamasının qiyməti artıb ? – ARAŞDIRMA

Nərmin Qocamanlı
Azərbaycanda ot bağlamasının qiyməti artıb ? – ARAŞDIRMA

Azərbaycanda ot bağlamalarının qiyməti artıb.

“Operativ Media” bununla bağlı ölkənin ot qiymətləri ən ucuz və ən baha olan bölgələrində sorğu keçirib. 

Sorğu nəticəsində məlum olub ki, təmiz yonca bağlamasının qiyməti qərb rayonlarında 7-8 AZN, mərkəzi aran rayonlarında isə 5 AZN-dir. 

Eyni zamanda, həm yonca, həm də digər otlardan ibarət qarışıq bağlamaların qiyməti qərb rayonlarında 5 AZN, mərkəzi aran rayonlarında isə 3,50 – 4 AZN arası dəyişir. 

Fermerlər bildiriblər ki, bu, ötən ilə nisbətən 1 - 2 AZN bahadır. 

Qeyd edək ki, ot bağlamalarının qiyməti ət məhsullarının qiymətinə təsir edən əsas faktorlardandır.

Əlaqəli Xəbərlər