Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
Əsəd Abbaslı
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Finlandiya Prezidenti Aleksandr Stubbı rəsmi mərasimlə qarşılayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
İkitərəfli və heyətlərarası görüşlərə başlayan Ərdoğan və Stubb görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcək.
Ərdoğan Stubbın şərəfinə rəsmi şam yeməyi verəcək.
Mərasimdə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və Ankara valisi Vasip Şahin də iştirak ediblər.
Teqlər:
"\u018frdo\u011fan Finlandiya Prezidenti Stubb\u0131 r\u0259smi m\u0259rasiml\u0259 qar\u015f\u0131lay\u0131b"