http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

02 Oktyabr 2024 , 11:49
İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

Biz ATƏT-in İnsan Ölçüsü Konfransında çıxışı edən ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın "Dağlıq Qarabağda" insan hüquqları və humanitar hüquqların pozulmasına istinad etməsini qınayırıq.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin deyilir: "Əvvəla Azərbaycanda "Dağlıq Qarabağ" adlı heç bir region mövcud deyil. ABŞ rəsmisinin işğal və separatçılıqla assosiasiya olunan bu termini işlətməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.

İkincisi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən Qarabağ bölgəsində heç bir insan hüquqları və humanitar hüquq pozulması halı baş verməmişdir. Etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan imtina etməsini hüquq pozuntusu kimi qələmə vermək tamamilə qəbuledilməzdir.

Nəhayət, ABŞ-nin Ermənistanın etnik təmizləmə və hərbi təcavüzü nəticəsində azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına onilliklər ərzində göz yumması fonunda bu bəyanat, azərbaycanlılara qarşı etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin bariz sübutudur. Ermənistandan axırıncı deportasiya zamanı qovulmuş 300 000-dən çox azərbaycanlı hələ də öz evlərinə geri qayıda bilmir. Keçmiş işğal altında olan Azərbaycan torpaqlarından qovulmuş 700 000-dən çox azərbaycanlı otuz il ərzində geri qayıda bilməmişdir. Həmin ərazilər işğaldan azad olunsa da, oraların Ermənistan tərəfindən viran qoyulması və orada milyonlarla mina basdırılması səbəbindən keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı çətinləşmişdir.

Biz ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa, bölgədə yenidən münaqişə alovlandırmaq cəhdlərindən əl çəkməyə və deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırırıq".

OXŞAR XƏBƏRLƏR
Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik

Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik

İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır

İlham Əliyev: Aidiyyəti beynəlxalq qurumlar itkin düşmüş şəxslərin doğmaları ilə bağlı müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır

Prezident: Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir

Prezident: Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir

XƏBƏR LENTİ
  • 14:14

    Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq
  • 14:04

    Qurban Qurbanov: "Musadan "Malmö" haqqında bir şeylər soruşmuşam"
  • 14:02

    “Chaputs Textile” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 13:59

    Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı
  • 13:45

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
  • 13:36

    Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var
  • 13:30

    Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik
    Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik
  • 13:26

Menyu