Menyu

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

Əsəd Abbaslı
Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımının artırılması Ermənistanda Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir.

"Operativ Media" xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli yönümlü siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər”, - Zaxarova bildirib.

Daha əvvəl USAID-nin Ermənistana maliyyə yardımını iki dəfədən çox artırmaq - 120 milyon dollardan 250 milyon dollara çatdırmaq qərarına gəldiyi məlum olmuşdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər