16 Yanvar 2023, 12:14
Ararat Mirzoyan Vyanaya gedir

Yanvarın 16-17-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın təşəbbüsü ilə ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək üçün Vyanaya işgüzar səfərə gedəcək.
"Operativ Media" Ermənistanın xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı beynəlxalq tərəfdaşlarla görüşlər də nəzərdə tutulub.