Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub.
Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
***
12:50
Belarus Prezidenti Aleksandır Lukaşenko Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net