Ana səhifə / Siyasət / Şarl Mişel İsveç Baş naziri ilə görüşüb Şarl Mişel İsveç Baş naziri ilə görüşüb 16.01.2023, 17:22 Nərmin Qocamanlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İsveçin Baş naziri Ulf Kristerssonla Stokholmda görüşüb. "Operativ Media" xəbər verir ki, bu barədə Mişel tviterdə bildirib. Tərəflər Avropanın təhlükəsizliyi və digər cari məsələlər barədə fikir mübadiləsi aparıblar. Şarl Mişel və Ulf Kristersson həmçinin İsveçin NATO-ya üzvlük məsələsi haqqında danışıblar. Mişel vurğulayıb ki, İsveçin Alyansa qoşulması bu qurumu daha təhlükəsiz edəcək.
15.02.2026, 13:45 Fransada antisemitizmdə ittiham olunan siyasətçilər 2027-ci ildən seçkiyə qatıla bilməyəcək