http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib

05 Oktyabr 2024 , 19:59
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələrin ikinci turunda iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.

"Operativ Media" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankarada təşkil edilən iclasda TDT-nin mövcud vəziyyəti və gələcək perspektivləri dəyərləndirilib, təşkilatın Bişkekdə keçiriləcək Zirvə toplantısına hazırlıq işləri və gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nazir müavini səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Afrika Departamentinin Baş direktoru səfir Əlif Çomoğlu Ülgənlə də görüşüb.

İkitərəfli görüşdə Azərbaycan və Türkiyə arasında Afrikada birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu