Putin və Ərdoğan arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Telefon danışığı zamanı liderlər Rusiya ilə Ukrayna arasında əsirlərin, ilk növbədə yaralıların mübadiləsi məsələsini müzakirə ediblər.
Həmçinin, taxıl sazişinin icrasının gedişi nəzərdən keçirilib, Suriya məsələsi müzakirə edilib, iki ölkə arasında əməkdaşlığın, o cümlədən qaz qovşağı layihəsi üzrə inkişaf etdirmək niyyəti təsdiqlənib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net