Sergey Lavrov və Hüseyn Əmir arasında danışıqlar təxirə salınıb

admin
Sergey Lavrov və Hüseyn Əmir arasında danışıqlar təxirə salınıb

Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında danışıqlar təxirə salınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki yanvarın 17-nə təyin olunan danışıqlar tərəflərin razılığı ilə daha sonraya təxirə salınıb.

Qeyd edək ki, Lavrov və Abddulahiyan yanvarın 17-də Moskvada görüşüb Cənubi Qafqaz, Suriya, İranın nüvə problemi və ikitərəfli münasibətlərə dair müzakirələr aparmalı idilər.

Digər xəbərlər