Menyu

Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür

Redaksiya
Ermənistan gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürməyəcəyinə dair öhdəlik götürür

"Ermənistan Konstitusiyasının preambulasından sonrakı mətndə, yəni Konstitusiyanın maddələrində yazılmayanlar Konstitusiyaya aid edilə bilməz. Beləliklə, Ermənistan dövlətçiliyinin fundamental prinsipləri və Ermənistan Konstitusiyasının preambulasında qeyd olunan ümummilli məqsədlər Ermənistan Konstitusiyasının sonrakı mətnində ifadə olunanlardır və orada heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur".

"Operativ Media" armenpress-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

O qeyd edib ki, “Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırılmış hissəsində tərəflərin bir-birindən ərazi tələblərinin olmadığı və gələcəkdə belə tələblər irəli sürməməyi öhdəsinə götürən maddə var.

"Sülh Müqaviləsi bağlanması həm Ermənistanın, həm də Azərbaycanın iki ölkənin müxtəlif qanunvericiliyi ilə bağlı bütün narahatlıqlarını aradan qaldıracaq".

Teqlər:

"Erm\u0259nistan g\u0259l\u0259c\u0259kd\u0259 Az\u0259rbaycana qar\u015f\u0131 \u0259razi iddias\u0131 s\u00fcrm\u0259y\u0259c\u0259yin\u0259 dair \u00f6hd\u0259lik g\u00f6t\u00fcr\u00fcr"

Əlaqəli Xəbərlər