Menyu

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

Əsəd Abbaslı
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən baxacaq

Bizim ən vacib tapşırığımız ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətləri yenidən başlatmaqdır.

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki proqramını təqdim edərkən deyib.

O, Gürcüstan hökumətinin Qərblə əlaqələri yenədən başlatmağa çalışdığını vurğulayıb.

“Biz münasibətlərin hazırkı vəziyyətindən məmnun deyilik. Münasibətlərin yenidən başladılması üçün bizim tərəfimizdən bütün addımlar atılır. Biz əminik ki, gələn il Ukraynada müharibənin başa çatmasından sonra həm ABŞ, həm də Aİ ilə əlaqələrimizi yeniləyəcək qarşılıqlı addımlar atılacaq”, - Kobaxidze deyib.

Hökumət başçısı Avropaya inteqrasiyanın hələ də Gürcüstanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.

Teqlər:

"G\u00fcrc\u00fcstan AB\u015e v\u0259 A\u0130 il\u0259 m\u00fcnasib\u0259tl\u0259ri yenid\u0259n baxacaq"

Əlaqəli Xəbərlər