Menyu

ÇL-in bir oyununun vaxtı dəyişdirilib

Operativ Media
ÇL-in bir oyununun vaxtı dəyişdirilib

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-ü yox, sentyabrın 14-ü keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə bu qərar verilib.

Beləliklə görüş sentyabrın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna buraxılmayacaq. “Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak edə bilməyəcəklər. UEFA azarkeşləri bu  vəziyyətə hörmət etməyə və başa düşməyə çağırıb.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər