Menyu

Şimali Koreyada yeni kadr təyinatları olub

Əziz Əzizli
Şimali Koreyada yeni kadr təyinatları olub

No Qvan Çxol Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) 11-ci sessiyasında KXDR-in yeni müdafiə naziri təyin edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Kadr təyinatları oktyabrın 7-dən iki gün davam edən sessiyanın gündəliyinin beşinci bəndi kimi nəzərdən keçirilib.

KMTA həmçinin bildirir ki, Li Man Su tikintiyə dövlət nəzarəti naziri, Kim Son Bin isə Dövlət Elm və Texnologiya Komitəsinin sədri təyin edilib.

Bundan əvvəl KXDR-in müdafiə naziri vəzifəsini Kan Sun Nam tuturdu.

Teqlər:

"\u015eimali Koreyada yeni kadr t\u0259yinatlar\u0131 olub"

Əlaqəli Xəbərlər