Cənubi Koreya və İran arasında siyasi gərginlik yaranıb
Operativ Media
Cənubi Koreya prezidenti Mun Çe-İn Əbu-Dabidə səfəri zamanı 150 Cənubi Koreya əsgəri ilə görüşündə İranın BƏƏ-nin düşməni olduğunu iddia edib.
"Operativ Media" xəbər verir ki, bundan sonra İranın XİN sözcüsü Nasir Kənani Cənubi Koreya rəhbərinin İran-BƏƏ əlaqələrindən tamamilə məlumatsız olduğunu bildirib, bu açıqlamanı qəbuledilməz adlandırıb.
Daha sonra, Cənubi Koreya XİN məlumat yayaraq prezidentin fikirlərinin Tehran və Seul əlaqələri ilə üst-üstə düşmədiyini, lakin ölkə başçısının fikirlərinin konteksdən çıxarıldığını bildirib.