Menyu

Azərbaycan və Qazaxıstan ekologiya və təbii sərvətlər nazirləri arasında görüş olub

Nərmin Qocamanlı
Azərbaycan və Qazaxıstan ekologiya və təbii sərvətlər nazirləri arasında görüş olub

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qazaxıstanlı həmkarı Yerlan Nısanbayevlə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Bakıda bu gün keçirilən Yüksək Səviyyəli Dialoqda COP29 sədrləri Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Yerlan Nısanbayev ilə görüşüb və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə istiqamətində göstərilən səyləri müzakirə ediblər", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər