Menyu

Aİ Ermənistana 2 illik missiya göndərir

Operativ Media
Aİ Ermənistana 2 illik missiya göndərir

Avropa İttifaqı bir ay ərzində Ermənistana bu dəfə iki ay deyil, ən azı iki il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın "Azatutyun" öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən ötən həftə, dünən isə Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi tərəfindən təsdiqlənib. Nəşrin məlumatına görə, yeni missiyaya iki yüzə yaxın avropalı mütəxəssis daxil olacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisini patrul edəcək. Bildirilir ki, əvvəlki missiyada olduğu kimi, bu dəfə də onlar silahsız olacaqlar.

Əlaqəli Xəbərlər