17 Yanvar 2023, 11:14
Pakistanın Baş naziri hindistanlı həmkarını danışıqlara çağırıb
Pakistanın Baş naziri hindistanlı həmkarını danışıqlara çağırıb şəkil
Pakistanın Baş naziri hindistanlı həmkarını danışıqlara çağırıb

Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın baş naziri Narendra Modini Cammu və Kəşmir də daxil olmaqla bütün məsələlərin həlli üçün iki ölkə arasında ciddi və səmimi danışıqlar aparmağa çağırıb.

"Operativ Media" xəbər verir ki, Baş nazir Şərif Əl-Ərəbiyyə televiziyasına müsahibəsində bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Hindistan və Pakistanı masaya gətirməkdə mühüm rol oynaya bilər.

Şərif Hindistanın baş naziri Narendra Modini Cammu və Kəşmir də daxil olmaqla bütün məsələlərin həlli üçün iki ölkə arasında ciddi və səmimi danışıqlar aparmağa çağırıb.

Hindistan və Pakistanın iki qonşu ölkə olduğunu və birlikdə yaşamaları lazım olduğunu ifadə edən Şərif, "Sülh içində yaşamaq və irəliləyiş əldə etmək və ya bir-birimizlə mübahisə etmək, vaxt və resursları itirmək bizə bağlıdır" deyə qeyd edib.

Hindistan və Pakistanın üç müharibə apardığını və bunun insanlara daha çox yoxsulluq və işsizlik gətirdiyini xatırladan Şərif, "Dərs aldıq və real problemlərimizi həll edə bildiyimiz müddətdə sülh içində yaşamaq istəyirik" ifadələrini işlədib.

 

Son xəbərlər
Dəməşq hava limanı bərpa edilir
Güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub