17 Yanvar 2023, 12:09
İran Prezidentinin Türkiyəyə səfərinə hazırlıq görülür

İran prezidenti İbrahim Rəisinin Türkiyə səfərinə hazırlıq görülür.
"Operativ Media" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankaraya yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
İranlı nazir qeyd edib ki, Ankara səfəri zamanı Rəisinin Türkiyəyə səfəri üçün ilkin hazırlıqlar müzakirə ediləcək.
"Plana görə, Rusiyaya və Ankaraya getməli idim, lakin Rusiyaya səfərin təxirə salınmasına qərar verildi"- deyə Hüseyn Əmir Abdullahian bildirib.