Menyu

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Əsəd Abbaslı
Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Azərbaycanda bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq.

"Operativ Media" xəbər verir ki, bununla bağlı sənəd parlamentin Regional məsələlər komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Komitənin gündəliyi aşağıdakı kimidir:

1. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

Teqlər:

"B\u0259l\u0259diyy\u0259l\u0259rin birl\u0259\u015fdirilm\u0259si il\u0259 ba\u011fl\u0131 yeni qanun layih\u0259si Milli M\u0259clisd\u0259 m\u00fczakir\u0259 olunacaq"

Əlaqəli Xəbərlər