17 Yanvar 2023, 13:45
Rusiya və Türkmənistan Prezidentləri arasında telefon danışığı olub
Rusiya və Türkmənistan Prezidentləri arasında telefon danışığı olub şəkil
Rusiya və Türkmənistan Prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında telefon danışığı olub.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Qeyd edək ki, keçən iyun ayında Putin və Berdiməhəmmədov iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalayıblar.  

Sənədə əsasən, tərəflər enerji sektorunda, o cümlədən neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.  

Onlar həmçinin ikitərəfli və tranzit daşımaların artırılması, logistikanın inkişafı məqsədilə birgə nəqliyyat komissiyasının formalaşdırılması üzərində işləyirlər.

Son xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək