http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

11 Oktyabr 2024 , 20:28
Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

11 oktyabr 2024-cü il tarixində Madrid şəhərində Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya nümayəndə heyətinə isə xarici və qlobal işlər üzrə dövlət katibi Dieqo Belio Martinez rəhbərlik ediblər.

İclas zamanı Azərbaycan və İspaniya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Davamlı siyasi dialoqun əhəmiyyəti və bu xüsusda yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələrinin əhəmiyyəti də vurğulanaraq bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli və çoxtərəfli müstəvidə təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib.

İki ölkə arasında münasibətlərdə iqtisadi əməkdaşlığın, bu xüsusda qarşılıqlı ticarətin və ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin əhəmiyyəti vurğulanıb. İqtisadi əlaqələrin inkişafı üçün ticarətin şaxələndirilməsi, investisiyaların təşviqi, alternativ enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq imkanlarından faydalanmağın məqsədəuyğunluğu qeyd olunub.

Humanitar sahədə əlaqələrin, o cümlədən təhsil, mədəniyyət sahələrində əməkdaşlığın, habelə turizm sektorunda mübadilələrin xalqlararası təmasların gücləndirilməsində faydalı olduğu qeyd edilib.

Məsləhətləşmələrdə beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəfə məlumat verilib.

Görüşdə qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və davamlı sülhün bərqərar olunması istiqamətində Azərbaycanın atdığı addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Səfər zamanı F.Rzayev, həmçinin İspaniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

Zelenski Almaniyanın Prezidenti ilə görüşüb

İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib

İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib

Con Podesta: Hazırda bütün dünyanın gözü Azərbaycandadır

Con Podesta: Hazırda bütün dünyanın gözü Azərbaycandadır

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
  • Dünən
    22:07

    Ukrayna Silahlı Qüvvələrinin Şebekin məntəqəsini atəşə tutması zamanı 9 nəfər yaralanıb
Menyu