Menyu

Fransa XİN bu ölkədən olan 10-a yaxın nümayəndəyə Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı konfransında iştirakla bağlı xəbərdarlıq edibmiş

Fransa XİN bu ölkədən olan 10-a yaxın nümayəndəyə Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı konfransında iştirakla bağlı xəbərdarlıq edibmiş

Bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransını pozmaq üçün Fransanın Xarici İşlər Nazirliyi səviyyəsində təxribata əl atıbmış.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, tədbirdə Fransadan 10-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulsa da, Fransanın Xarici İşlər Nazirliyi onlara yazılı şəkildə xəbərdarlıq edərək, Azərbaycana səfər edəcəkləri təqdirdə guya Bakıda həbs təhlükəsi ilə üzləşə biləcəklərini iddia edib. Bu iddianı əsas gətirən Fransa XİN onlara Azərbaycana getməməyi tövsiyə edib.

Nəticədə, Fransadan cəmi 3 nəfər - bu ölkənin baş prokurorunun müavini Gilles Charbonnier, Frankofoniya Assosiasiyasının katibi İvanni Bulvar və Sirakuza Beynəlxalq İnsan Hüquqları Universitetinin prezidenti Jan-Franko Toni tədbirdə iştirak edib, səfərdən də məmnun qalıblar.

Həmçinin, məlum olub ki, Fransa XİN konfransda iştirak üçün qeydiyyatdan keçmiş fransızdilli ölkələrin nümayəndələrinə də ölkəmizə səfər etməməyi tövsiyə edibmiş.

Teqlər:

"Fransa X\u0130N bu \u00f6lk\u0259d\u0259n olan 10-a yax\u0131n n\u00fcmay\u0259nd\u0259y\u0259 Beyn\u0259lxalq Prokurorlar Assosiasiyas\u0131n\u0131n Bak\u0131 konfrans\u0131nda i\u015ftirakla ba\u011fl\u0131 x\u0259b\u0259rdarl\u0131q edibmi\u015f"

Əlaqəli Xəbərlər