Menyu

Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub

Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının cari məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

İkitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə qarşılıqlı hazırlıq təsdiq edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər