Menyu

Sülhməramlılar erməni uşaqlarını aksiya ərazisindən keçməklə Xankəndiyə aparıblar

Operativ Media
Sülhməramlılar erməni uşaqlarını aksiya ərazisindən keçməklə Xankəndiyə aparıblar

Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.


"Operativ Media" "Azərtac"a istinadən xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb. Həmin avtomobillərdə 26 erməni əsilli insan olub ki, onlardan da 20-si uşaqdır. Həmin şəxslər Laçın-Xankəndi yolunda təşkil olunan aksiyadan əvvəl Ermənistana gedibmişlər.


Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir. 
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər