http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir

18 Yanvar 2023 , 10:04
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq ötən il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib. General-mayor E.Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların uğurla davam etdirildiyini və bu islahatların Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib, cari il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Toplanışda çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və komplekləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu