Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Özbəkistana səfər edib
Redaksiya
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovu qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi kontekstində Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin və çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinə baxılıb.