http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Tərtər sakinindən “RQD-5” markalı əl qumbarası götürülüb

18 Yanvar 2023 , 11:00
Tərtər sakinindən “RQD-5” markalı əl qumbarası götürülüb

Yanvarın 17-də gecə saatlarında Tərtər şəhəri ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və  pəncərələrinin şüşələrini,  sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib və bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb. 

Araşdırmalarla həmin gün saat 23 radələrində Y.Hüseynovun kafedə sərxoş halda xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, şəhər sakini S.Bayramovla mübahisə edib orada olan əşyaları sındırması, sonradan əlindəki qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan ona məxsus “Mercedes” markalı avtomobilin şüşələrini sındırması, yenidən kafeyə qayıdaraq oranın pəncərə şüşələrini sındırması məlum olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR
Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

XƏBƏR LENTİ
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
Menyu