Menyu

Kiyevdə helikopter qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB 1

Nərmin Qocamanlı
Kiyevdə helikopter qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB 1

Brovaridə helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb, 26 nəfər yaralanıb

***

12:18

Kiyev yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri və nazir müavini ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna polisi Telegram-da məlumat yayıb.

Ümumilikdə 2-si uşaq olmaqla 16 ölü məlumdur. Onlardan 9-u helikopterin göyərtəsində olub.

***

11:12

Ukraynanın Kiyev vilayətinin Brovari şəhərində helikopter uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb. 3 nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, bu  barədə RİA məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezident ofisi təyyarənin sosial infrastruktur obyektinin üzərinə düşməsi faktını təsdiqləyib.

Qəza nəticəsində yanğın baş verib. Yanın nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Əlaqəli Xəbərlər