Menyu

Prezident: Ermənistanla sülh müqaviləsi ilə bağlı prosesin irəli aparılması üçün qəti addımları davam etdirəcəyik

Nərmin Qocamanlı
Prezident: Ermənistanla sülh müqaviləsi ilə bağlı prosesin irəli aparılması üçün qəti addımları davam etdirəcəyik

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycandır.

"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.

Teqlər:

"Prezident: Erm\u0259nistanla s\u00fclh m\u00fcqavil\u0259si il\u0259 ba\u011fl\u0131 prosesin ir\u0259li apar\u0131lmas\u0131 \u00fc\u00e7\u00fcn q\u0259ti add\u0131mlar\u0131 davam etdir\u0259c\u0259yik"

Əlaqəli Xəbərlər