18 Yanvar 2023, 13:36
Qırğızıstan XİN: Özbəkistanla sərhəd sazişi bütün regionun maraqlarına cavab verir
Qırğızıstan XİN: Özbəkistanla sərhəd sazişi bütün regionun maraqlarına cavab verir şəkil
Qırğızıstan XİN: Özbəkistanla sərhəd sazişi bütün regionun maraqlarına cavab verir

Qırğızıstan və Özbəkistan arasında imzalanan sərhəd sazişi bütün regionun maraqlarına cavab verir.

"Operativ Media" xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev deyib.

Kulubayev, dövlət radiosunda iştirak etdiyi proqramda Özbəkistanla sərhəddə 30 ildir davam edən danışıqlara son qoyduqlarını bildirib.

İki ölkə arasında imzalanan sərhəd müqaviləsinin bütün regionun maraqlarına cavab verdiyini vurğulayan Kulubayev Qırğızıstan və Özbəkistanın əldə etdiyi sərhəd razılaşmasının Rusiya, Qazaxıstan və Avropa ölkələri tərəfindən çox yaxşı qarşılandığını bildirib.

Kulubayev qeyd edib ki, yaxın vaxtlarda iki ölkə arasında sərhəd sazişi ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsi aparılacaq.

Qırğızıstan-Özbəkistan sərhədinin müəyyən edilməsinə dair razılaşmaya əsasən, Özbəkistan Qırğızıstana 19 min 699 hektar torpaq verəcək.

Əndican bəndinin birgə idarə edilməsinə dair müqaviləyə əsasən, bəndin yerləşdiyi 4485 hektar ərazi Özbəkistana qalacaq.

Özbəkistan qırğızların su ehtiyatlarına pulsuz və maneəsiz çıxışını təmin edəcək və su ehtiyatları üzərində əlavə tikililər tikməyəcək.

Qeyd edək ki, Özbəkistanla Qırğızıstan arasında 1379 kilometrlik ümumi sərhəd var. Tərəflər uzun illər sərhədin 200 kilometrlik hissəsi ilə bağlı razılığa gələ bilmirdilər.

Digər tərəfdən, Özbəkistan Prezidenti Şevkət Mirziyoyevin gələn həftə paytaxt Bişkekə səfəri gözlənilir.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil