İndoneziya ordusunun keçmiş general-leytenantı Prabovo Subianto ölkənin 8-ci prezidenti olub.
"Operativ Media" xəbər verir ki, o, İndoneziyanın 7-ci və hazırkı prezidenti Coko Vidodonu əvəz edib.
Subianto parlament binasında and içərək, prezident kimi səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, 10 oktyabr 2021-ci ildə Qerindra partiyası Prabovonu 2024-cü il İndoneziya prezident seçkilərində namizədliyini irəli sürüb. 2022-ci ilin iyununda Prabovo başqa bir siyasətçiyə prezidentliyə namizəd olmaq imkanı vermək istədiyini bildirərək, partiyanın namizədliyini ilkin olaraq rədd edib. Təklifdən imtina etməsinə baxmayaraq, Qerindra onun namizədliyini irəli sürməkdə israr edib.
12 avqust 2022-ci ildə Prabovo 2024-cü il prezident seçkilərində iştirak etmək üçün Qerindranın namizədliyini qəbul etdiyini elan edib.
Teqlər:
"\u0130ndoneziyan\u0131n yeni prezidenti m\u0259lum olub"