Menyu

Azərbaycan səfiri BMqT-nin Norveç missiyasının başçısı ilə COP29-u müzakirə edib

Əziz Əzizli
Azərbaycan səfiri BMqT-nin Norveç missiyasının başçısı ilə COP29-u müzakirə edib

Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Norveçdəki missiyasının başçısı Fumiko Naqano ilə COP29-u müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə təşkilatın Norveçdəki missiyasının mətbuat xidməti məlumat yayıb.

“[İsveçin paytaxtı] Stokholmda missiya başçımız Fumiko Naqano Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovu ziyarət edib. BMqT Könüllü Qayıdış və Reinteqrasiya Proqramı üzrə əməkdaşlıq və Bakıda keçiriləcək COP29 barədə səmərəli müzakirə aparılıb”, – missiyanın sosial şəbəkə hesabında bildirilib.

Xatırladaq ki, sentyabrın 24-də COP29 Sədrliyi və BMqT iqlim dəyişikliyi, sülh və insan mobilliyi arasındakı əlaqə mövzusunda Yüksək Səviyyəli Dəyirmi Masa təşkil etmişdilər.

Teqlər:

"Az\u0259rbaycan s\u0259firi BMqT-nin Norve\u00e7 missiyas\u0131n\u0131n ba\u015f\u00e7\u0131s\u0131 il\u0259 COP29-u m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər