18 Yanvar 2023, 14:33
İsrail Ukraynaya başsağlığı verdi

"Kiyevdə faciəli helikopter qəzası ilə bağlı xəbərdən dərin sarsıntı keçirdik".
"Operativ Media" xəbər verir ki, bunu İsrailin XİN rəhbəri Eli Koen bildirib.
"Həlak olanlar arasında daxili işlər naziri və onun müavini, bir neçə uşaq da var. Həlak olanların ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verirəm"-deyə Eli Koen bildirib.