Menyu

Putin bu gün İran və Türkiyə prezidentləri ilə görüşəcək

Nərmin Qocamanlı
Putin bu gün İran və Türkiyə prezidentləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin bu gün BRİKS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkian, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Efiopiyanın baş naziri Abiy Əhməd ilə ikitərəfli görüşlər keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, Rusiya lideri Pezeşkianla bir ay ərzində ikinci dəfə görüşəcək. Onlar bundan əvvəl oktyabrın 11-də Aşqabadda Yaxın Şərqdə vəziyyətin pisləşməsini müzakirə ediblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Putin bugünkü söhbət zamanı İranla ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması mövzusuna toxunacaq.

Putin Ərdoğanla bir ildə ikinci dəfədir görüşür, lakin liderlər bu il altı dəfə telefonla danışıblar. Bu gün onlar ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivlərini, həmçinin Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə etməyi planlaşdırırlar.

Teqlər:

"Putin bu g\u00fcn \u0130ran v\u0259 T\u00fcrkiy\u0259 prezidentl\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u0259c\u0259k"

Əlaqəli Xəbərlər