TƏBİB: Ölkə ərazisində respirator virus infeksiyalarına yoluxmalarda kəskin artım müşahidə edilir

Nərmin Qocamanlı
TƏBİB:  Ölkə ərazisində respirator virus infeksiyalarına yoluxmalarda kəskin artım müşahidə edilir

"Soyuq ayların daxil olması ilə bərabər ölkə ərazisində kəskin respirator virus infeksiyalarına yoluxmalarda kəskin artım müşahidə edilir".

"Operativ Media" xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva jurnalistlərə açıqlamasında deyib.

"Xəstəlik şiddətli qızdırma, öskürək, boğaz ağrısı, halsızlıq kimi uzun müddət davam edən əlamətlərlə özünü biruzə verir. Ekspertlərin fikrincə, bu il qrip xəstəliyinin ağır keçməsi və uzun müddət davam etməsinin əsas səbəbi ondan ibarətdir ki, son 3 il ərzində COVİD-19 pandemiyası dövründə əhali kəskin respirator virus infeksiyaları ilə çox az təmasda olduğundan xəstələnmə və yoluxma halları kəskin aşağı düşüb. Bununla əlaqədar da orqanizmin viruslarla mübarizə qabiliyyəti zəifləyib. Ümumiyyətlə, 2022-ci ilin 22 noyabrında ÜST-ün Avropa regionu qrip pandemiyası elan edib. Dekabrın 1-də ÜST-ün yaydığı bəyanatda əhalinin həm qripə, həm də koronavirusa qarşı vaksinasiya olunması, o cümlədən gigiyena qaydalarına əməl etmələri tövsiyə edilib" deyə o, qeyd edib.

 

Digər xəbərlər