Menyu

Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək - YENİLƏNİB

Əsəd Abbaslı
Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək - YENİLƏNİB

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib.

"Operativ Media" xəbər verir ki, Atatürk Hava Limanının Dövlət Qonaq Evində mətbuata qapalı şəraitdə təşkil olunan iclas 1 saat 15 dəqiqə davam edib.

İclasdan sonra verilən yazılı açıqlamada Türkiyə Aviasiya və Aerokosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaradakı müəssisəsində törədilən terror aktı, eləcə də terrorla mübarizdə atılan və atılacaq addımların müzakirə edildiyi bildirilir.

Açıqlamada terrorla mübarizə və terrordan təmizlənən Türkiyə üçün ciddi səylərin davam edəcəyi, ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcəyi vurğulanıb.

Toplantıda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Ali Yerlikaya, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, administrasiyanın Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini Ömer Çelik iştirak ediblər.

22:15

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbul Atatürk Hava Limanında təhlükəsizlik iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb.

Toplantıda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya, Baş Qərargah rəisi general Metin Gürak, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Fəxrəddin Altun, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri Haluk Görgün, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç və AK Parti Sədrinin müavini və partiya sözçüsü Ömer Çelik iştirak ediblər.

1 saat 15 dəqiqə davam edən iclasda Türk Aviasiya və Kosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaranın Kahramankazan rayonundakı kampusuna qarşı terror hücumu və terrorla mübarizə məsələləri müzakirə edilib.

20:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb.

Məlumata görə, Prezident Təhlükəsizlik Şurasının iclasını İstanbulda Atatürk Hava Limanında keçirəcək.

Qeyd edək ki, R.T.Ərdoğan BRICS sammitində iştirak etmək üçün getdiyi Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazandan İstanbula geri dönüb.

Teqlər:

"\u00d6lk\u0259 s\u0259rh\u0259dl\u0259rinin \u0259traf\u0131nda \u201cterrorustan\u201d qurulmas\u0131na \u0259sla yol verilm\u0259y\u0259c\u0259k - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər