Ana səhifə / Siyasət / Slovakiya prezidenti Azərbaycana gələcək Slovakiya prezidenti Azərbaycana gələcək 24.10.2024, 21:42 Əsəd Abbaslı Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfər edəcək. "Operativ Media" xəbər verir ki, bu barədə “TASR” məlumat yayıb. Berlində səfərdə olan Pelleqrini Almaniyanın Kansleri Olaf Şoltsla Azərbaycana qarşıdakı səfərini də müzakirə edib. O, Azərbaycanda Slovakiyanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə edəciyini bildirib. Qeyd edək ki, səfərin dəqiq vaxtı açıqlanmayıb. Teqlər: "Slovakiya prezidenti Az\u0259rbaycana g\u0259l\u0259c\u0259k"