Menyu

Rumıniyanın energetika naziri: Rusiya qazını idxal etmirik, Azərbaycandan alırıq

Əziz Əzizli
Rumıniyanın energetika naziri: Rusiya qazını idxal etmirik, Azərbaycandan alırıq

Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ölkəsinin Rusiya qazının “bir molekulunu belə” idxal etmədiyini bildirərək Türkiyə üzərindən Azərbaycandan qaz aldığını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə hökumət üzvü “Digi24”ə danışıb.

“Rumıniya Rusiya qazının bir molekulunu belə idxal etmir və bütün Avropa ölkələri də özlərini məhz belə aparmalıdırlar”, – o söyləyib.

Nazir Rumıniyanın bəzi qonşularının Rusiya qazı qarşısında seçimsiz qaldığına diqqət çəksə də, Buxarestin qaz üçün Azərbaycana üz tutduğunu etdiyini vurğulayıb:

“Əlbəttə, seçimləri olmadığını və Rusiyadan idxal etməyə davam etməli olduqlarını söyləyən qonşularımız da var. Ümumiyyətlə, biz Bolqarıstanla münasibətlərə uyğun olaraq idxal edirik, yəni o cümlədən Azərbaycandan gələn qaz Türkiyədən böyük magistrallar vasitəsilə gəlir, lakin Türkiyəyə çatanda o, Türkiyə qazı hesab olunur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər