BMT Baş Assembleyasının prezidenti Azərbaycana səfər edəcək
Əsəd Abbaslı
BMT Baş Assembleyasının 79-cu sessiyasının prezidenti, Kamerunun keçmiş Baş naziri Filemon Yanq Azərbaycana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bunu Baş Assambleya sədrinin kommunikasiyalar üzrə müşaviri Mariam Şaikh bildirib.
BMT rəsmisi əlavə edib ki, Baş Assambleyanın prezidenti Azərbaycanın sədrliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində Bakıya səfər edəcək. O, Azərbaycan hökumətinin dəvətini qəbul edib və COP29-un açılışında iştirak edəcək.
Məsləhətçi əlavə edib ki, F.Yanq COP29 çərçivəsində Bakıda yüksək səviyyəli tədbirlər və müzakirələrə qatılacaq və bir sıra görüşlər keçirəcək.
Teqlər:
"BMT Ba\u015f Assembleyas\u0131n\u0131n prezidenti Az\u0259rbaycana s\u0259f\u0259r ed\u0259c\u0259k"