Gürcüstanda seçkilər başa çatıb
Nərmin Qocamanlı
Gürcüstanın hakim partiyası 56,1 % səslə parlament seçkilərində qalib gəlib.
"Operativ Media" xəbər verir ki, bu, "İmedi" televiziya kanalının sifarişi əsasında GORBI şirkətinin keçirdiyi çıxış sorğusunun nəticələridir.
Sorğunun digər nəticələri belədir: "Dəyişiklik Koalisiyası” – 12,6%, “Milli Hərəkat – Vahidlik” – 11,6%, “Güclü Gürcüstan” – 7%. Qalan partiyalar 5 faizlik seçki baryerini keçmir.
Çıxış sorğuları – məntəqədən çıxan seçicilərin rəy sorğusuna əsaslanır, onların hüquqi qüvvəsi yoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net