Özbəkistanda parlament seçkilərində fəallıq 71,52 faiz olub - YENİLƏNİB
Əsəd Abbaslı
Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 71,52 %, yəni 14,2 milyon nəfərdən çox olub.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov brifinqdə bildirib.
“Saat 17:00-a olan (Bakı vaxtı ilə saat 15:00-red) məlumata görə, seçki məntəqələrində 14 milyon 264 min 994 seçici və ya ümumi siyahının 71,52 faizi səs verib”, - o deyib.
Qeyd edək ki, parlament seçkiləri baş tutmuş hesab olunur.
Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.
İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.
Teqlər:
"\u00d6zb\u0259kistanda parlament se\u00e7kil\u0259rind\u0259 f\u0259all\u0131q 71 52 faiz olub - YEN\u0130L\u018fN\u0130B"