Menyu

Gürcüstanın hakim partiyası prezidentin seçki saxtakarlığı ilə bağlı sözlərini biabırçılıq adlandırıb

Nərmin Qocamanlı
Gürcüstanın hakim partiyası prezidentin seçki saxtakarlığı ilə bağlı sözlərini biabırçılıq adlandırıb
1 dəq oxu

Gürcüstan prezidenti Salome Zurabişvilinin parlament seçkilərinin saxtalaşdırıldığı barədə iddiaları biabırçılıqdır.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Salome Zurabişvili [prezidentlikdən] təqaüdə çıxan şəxsdir. Bu adamın bir neçə ayı qalıb. Onun dünən verdiyi spekulyativ bəyanatlar biabırçı idi", - o deyib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,08 faiz səs toplayaraq qalib gəlib.

Əlaqəli Xəbərlər