Böyük Britaniya Rusiyanın üç agentliyinə sanksiya tətbiq edib
Əziz Əzizli
Böyük Britaniya Rusiyanın üç ictimaiyyətlə əlaqələr agentliyinə və üç şəxsinə sanksiya qoyub.
"Operativ Media"nın Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, "Sosial Dizayn Agentliyi" (SDA), "Struktura" və "Ano Dialoq" agentlikləri sanksiyalara məruz qalıb. Bu agentliklərin demokratiyanı zəiflətmək məqsədilə bir sıra müdaxilə əməliyyatları həyata keçirməyə çalışdığı qeyd edilib.
Sanksiya tətbiq olunan şəxslər arasında SDA-nın təsisçisi İlya Qambaşidze, SDA-nın icraçı direktoru və “Struktura”nın sahibi Nikolay Tupıkin, eləcə də SDA-nın layihə direktoru Andrey Perla yer alır.
Teqlər:
"B\u00f6y\u00fck Britaniya Rusiyan\u0131n \u00fc\u00e7 agentliyin\u0259 sanksiya t\u0259tbiq edib"