Menyu

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı Respublika Günü münasibətilə təbrik edib

Nərmin Qocamanlı
Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaza təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən məlumata görə, məktubda Türkiyənin gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrildiyi bildirilib, qardaş ölkə olaraq Azərbaycanın Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevindiyi və bundan qürur duyduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

Dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr olduğu vurğulanıb.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Teqlər:

"Ba\u015f nazir \u018fli \u018fs\u0259dov T\u00fcrkiy\u0259nin Vitse-prezidenti Cevdet Y\u0131lmaz\u0131 Respublika G\u00fcn\u00fc m\u00fcnasib\u0259til\u0259 t\u0259brik edib"

Əlaqəli Xəbərlər